Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Tsunoda cərimələnib

RB komandasının sürücüsü Yuki Tsunoda yeni mühərrik götürdüyü üçün Spa yarışına ən arxadan başlayacaq.

Kokpit.az bildirir ki, RB komandası bu həftəsonu Yuki Tsunodanın güc qurğusunu tamamilə dəyişdirməyə qərar verib. Bu da o deməkdir ki, yaponiyalı sürücü yarışa ən arxadan başlayacaq.

RB komandası bütün güc qurğusu komponentlərində limitdə olan Yuki Tsunodanı növbəti yarışlarda rahatlatmaq üçün bu həftəsonu güc qurğusunu tamamilə dəyişdirib. Spanın ötməyə əlverişli tras olduğunu düşünsək, bu cəzanın burada alınması ən düzgün qərardır.

 

Yuki Tsunodadan başqa Maks Ferstappen də bu həftəsonu yeni daxiliyanma mühərriyinə keçəcək və sadəcə bir komponent dəyişdirildiyi üçün yarışın startında 10 yer itirəcək.

RB komandasının digər sürücü Daniel Rikkardo da Tsunoda ilə eyni sayda güc qurğusuna sahibdir, amma komanda bu həftəsonu avstraliyalı sürücüyə yeni motor verməyəcək.

RB komandasının yarış direktoru Alan Permeyn bu barədə belə açıqlama verib: “Yuki Belçikada builki beşinci güc qurğusunu götürəcək və yarışa ən arxadan başlayacaq. Rikkardoya gəldikdə isə növbəti yarışlarda nələrin olacağını gözləyib görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et