Xəbəri Kokpitdə Oxuyun!

Belçikaya kimlər yenilik gətirib?

FİA bu gün verdiyi açıqlama ilə Belçika Qran Prisinə gətirilən yenilikləri elan edib.

Kokpit.az bildirir ki, Mercedes komandası həftəsonuna ən böyük yenilik paketini gətirən komanda olub. “Gümüşü oxlar” Spa Frankorşamps trasına yeni diffuzor, altlıq kənarı, tarazlayıcı qanad, ön qanad və halo gətirib. 

Son yarışılarda azarkeşlərini sevindirə bilməyən Ferrari isə əfsanəvi Spaya yeni ön və arxa qanad gətitib.
Sonuncu Macarıstan yarışında qələbə dublu edərək azarkeşlərini sevindirən McLaren isə Belçikaya yeni arxa qanad, tarazlayıcı qanad və arxa əylən kanalı ilə gəlib.

Son üç yarışda qələbə üzünə həsrət qalan Red Bull komandası Belçikaya əliboş gəlib. Eynilə Aston Martin də “qırmızı öküzlər” kimi yenilik gətirməyiblər.

 

Belçika Qran Prisinə gətirilən yeniliklər

  • Red Bull: –
  • Mercedes: Diffuzor, altlıq kənarı, tarazlayıcı qanad, ön qanad, halo
  • Ferrari: Ön qanad, arxa qanad
  • McLaren: Arxa qanad, tarazlayıcı qanad, arxa əyləc kanalı
  • Aston Martin: –
  • Alpine: Ön qanad, motor qapağı, əyləc kanalı, tarazlayıcı qanad, arxa qanad, güzgü
  • Williams: –
  • RB: Tarazlayıcı qanad, arxa kanad
  • Sauber: Güzgü, altlıq çəpəri, ön qanad, arxa qanad, tarazlayıcı qanad
  • Haas: Arxa qanad, tarazlayıcı qanad

Rauf Hacıyev

Şərh əlavə et