Hyundai i30N hetçbeki də yenilənib

Rauf Hacıyev 25 İyul 2024, 14:50
Hyundai i30N hetçbeki də yenilənib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bu ilin mart ayında 2016-cı ildən istehsal edilən Hyundai i30 ailəsi ikinci planlaşdırılmış yenilənmədən keçib. İndi isə, növbə “qaynar” Hyundai i30N hetçbekinə gəlib çatıb.

Dizaynerlər hava girişlərinin formasına yenidən baxaraq və onlara qırmızı vurğular əlavə edərək, ön bamperdə müəyyən dəyişikliklər ediblər. Eyni vurğular kandarlarda da peyda olub. Radiator barmaqlığı və hava kanallarının pətək formalı quruluşu yenidən işlənib, tutqun qara rəngə boyanmış firma emblemi  artıq ikiölçülü tərtibata malikdir. Restylinqdən əvvəlki i30 N modelindən əsas fərq – yeni 19-düymlük döymə təkər diskləridir.

İnteryer də kiçik modernləşdirməyə məruz qalıb. Əvvəllər “qaynar” hetçbekdə analoq cihazlar paneli olsa da, indi 10,25-düymlük virtual cihazlar paneli quraşdırılıb. Parça, dəri və alkantara ilə üzlənmiş opsional “çalovlar” da təkmilləşdirilib.

 

Mərkəzi tuneldəki parlaq plastikin sayı çoxalıb, firma qırmızı N Grin Shift düyməsi (overboost rejiminin aktivləşdirilməsi) sükan çarxına keçib. Mülki həmkarları kimi, hot-hetç də avtomatik əyləcləmə və zolaq saxlama sistemlərini, sürət məhdudlaşdırıcısını və qapıların açılması siqnalını alıb, lakin adaptiv kruiz-kontrol əlavə ödəniş tələb edir.

Kapotun altında heç bir dəyişiklik baş verməyib. 2,0-litrlik turbomühərrik 280 at qüvvəsi və 392 Nm hasil edir. Güc qurğusu iki yaş muftası olan səkkiz pilləli N DCT avtomatik transmissiya ilə birləşdirilə bilər, lakin altı pilləli mexaniki transmissiya da çeşiddı qalır. Onunla yenilənmədən əvvəlki Hyundai i30 N Performance hetçbeki 100 km/saat həddinə 5,9 saniyəyə sürətlənir. Maksimal sürət 250 km/saat həddində məhdudlaşdırılıb.

Yenilənmiş Hyundai i30 N modelinə sifarişlərin qəbuluna yaxın aylarda başlanacaq, qiymət də həmin zaman açıqlanacaq. Hazırda Almaniyada hot-hetçin qiyməti 33 650 avrodan başlayır.

(c) Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et