Kokpit.az bildirir ki, uzun müddətdən sonra ilk dəfə bir yarışa əsas favprit kimi Maks Ferstappen yox, başqa sürücü göstərilir – yay fasiləsindən öncə son yarışda Lando Norrisin qələbəsinə daha çox etimad edilir və bu ikilinin əmsalları arasında fərq azdır. Son yarışın qalibi Oskar Piastri isə reytinqdə üçüncü yerdədir…
Lando Norris – 2.25
Maks Ferstappen – 3.00
Oskar Piastri – 4.50
Lyuis Həmilton, Corc Rassell– 15.00
Şarl Lekler– 26.00
Karlos Sayns – 34.00
Lakin son üç ilin dünya çempionunun titulunu qoruyacağına əminlik davam edir. Onun şansları Landodan 4 dəfədən də çox qiymətləndirilib. Britaniyalı sürücünün əmsalının sürətlə endiyini də nəzərə almaq lazımdır. Bu reytinqdə üçüncü olan Piastrinin çempionluq ehtimalına verilən əmsalı isə formal hesab etmək olar…
Maks Ferstappen – 1.15
Lando Norris – 5.00
Oskar Piastri – 101.00
Şarl Lekler – 151.00
Karlos Sayns, Lyuis Həmilton, Corc Rassell, Serxio Peres – 501.00
Uzun illərdir Mühəndislər Kubokuna əsas favoritin dəyişilməz adı olan Red Bull komandasının son dövrlərdə qarşılaşdığı problemlər nəzərə alınıb və titula ən yaxın komanda kimi hazırda McLaren-ə üstünlük verilib.
McLaren – 1.75
Red Bull – 1.95
Ferrari – 41.00
Mercedes – 51.00
Aston Martin, RB – 4501.00
Alpine, Sauber, Williams, Haas – 5001.00
Şərh əlavə et