Spa trasının yerləşdiyi ərazidə hava şəraitində həmişə gözlənilməz dəyişikliklər olur. Lakin meteoroloqlar yenə də öz işlərini görüblər və proqnozlarını hazırlayıblar.
Kokpit.az bildirir ki, vümə günü hava buludlu, temperatur 23 dərəcə olacaq. Yağış ehtimalı 60%-dir. Şənbə günü termometrlərin maksimum 20 dərəcəni göstərəcəkləri ehtimal edilir. Hava dəyişkən buludlu olacaq və yağıntı ehtimalı artacaq. Bazar günü isə hava nisbətən daha aydın olacaq, hərarət cümə günü səviyyəsinə çatacaq və sürücülərin yağışlı havada mübarizə aparma ehtimalı 15% təşkil edir.
Şərh əlavə et