Zeekr 7X barədə yeni məlumat var

Rauf Hacıyev 20 İyul 2024, 22:22
Zeekr 7X barədə yeni məlumat var
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Keçən həftə Zeekr şirkəti orta ölçülü 7X krossoverinin ilk şəkillərini dərc edib - əvvəlcə krossover kamuflyajda, sonra isə, zahiri görünüşünü açıqlanmış şəkildə göstərilib. İndi isə, Zeekr 7X modeli yeni təfərrüatların mənbəyinə çevrilmiş Çin sertifikatlaşdırma orqanının məlumat bazasında peyda olub.

Gözlənildiyi kimi, krossover keçən il buraxılmış Zeekr 007 sedanının dizayn üslubunu tamamilə mənimsəyib. O, qanadlara keçən kapotla və tanınan işıq texnikası ilə xarakterizə olunur. Ön və arxa tərəfdəki quraşdırılna və istənilən qrafik məlumatı göstərə bilən firma Zeekr Stargate LED panelləri də saxlanılıb. Zeekr 7X modelinin uzunluğu 4825 millimetr, eni – 1930 millimetr, hündürlüyü isə, 1656 millimetrdir. Təkər bazası 2925 millimetrdir. Xatırladaq ki, Zeekr 007 sedanında bu göstərici 2920 millimetr təşkil edir. Təkər disklərinin diametri 19 və ya 20 düymdür.

Krossoverin interyeri indiyədək yalnız casus şəkillərində göstərilib. Burada cihazlar paneli və media sisteminin ayrıca ekranlarını, minimum fiziki düymələri və orijinal üçqollu sükan çarxını görmək olar. Alın şüşəsinin üstündəki lidar qabaqcıl avtonom idarəetmə sisteminin istifadəsindən xəbər verir.

7X digər Zeekr avtomobillərinin əsaslandığı SEA platformasında inşa edilib. Ön tərəfdə ikiqollu, arxada isə, çoxqollu asqı, opsional pnevmobalonlar (bazada – adi yaylar) və 800 voltluq elektrik sistemi var. Zeekr 7X modelinin bazara üç versiyada çıxacağı bildirilir. Bunlardan ikisi arxa ötürməlidir: belə versiyadakı yeganə mühərrik 422 at qüvvəsi hasil edir, fərq isə, dartma batareyasının tutumundadır (göstəricilər hələ açıqlanmayıb).

Çeşidin zirvəsində tamötürməli versiya yerləşəcək: ikinci elektrik mühərriki ön oxa quraşdırılıb və 224 at qüvvəsinə malikdir, sistemin ümumi gücü isə, 646 at qüvvəsinə bərabərdir. 100 km/saat sürətlənmə üç saniyə çəkəcək. Bütün versiyaların maksimal sürəti 210 km/saat həddində məhdudlaşdırılıb. Krossoverin boş çəkisi 2298-2475 kiloqram arasında dəyişir.

Rəsmi şəkillərin dərc edilməsi və avtomobil barədə məlumatların sertifikatlaşdırma bazasında peyda olması, yaxınlaşan təqdimatdan və tezliklə satışların başlanacağından xəbər verir. Zeekr 7X modeli çinli alıcıların pul kisəsi uğrunda Tesla Model Y krossoveri və bu yüksək rəqabətli sinfin bir çox digər nümayəndələri ilə mübarizə aparmalı olacaq.

(c) Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et