Xarici görünüş demək olar ki, eyni qalsa da, texniki hissədə böyük dəyişikliklər baş verib: Flying Spur yeni güc qurğusuna sahib olub. 782 at qüvvəsi və 1000 Nm hasil edən hibrid güc qurğusunun tərkibinə 4,0-litrlik V8 biturbo mühərriki və elektrik mühərriki daxildir.
Bu güc qurğusundan Continental GT Speed ilə yanaşı, Porsche Panamera Turbo S E-Hybrid liftbəkində də istifadə olunur. Yenilik 6,0-litrlik W12 mühərriki ilə təchiz edilmiş Flying Spir Speed sedanından 147 at qüvvəsi və 100 Nm daha güclüdür.
Böyük ehtimalla, Bentley dinamik xüsusiyyətləri təqdimat üçün saxlayıb, üstəlik, premyeranın tarixi də hələlik açıqlanmayıb. Amma hibrid sedanın yürüş ehtiyatı məlumdur: dolu yanacaq çəni və dolu batareya ilə sedan 805 kilometr, sifr elektrik ötürmsilə isə, 72 kilometr qət edəcək.
Çox güman ki, Flying Spur sedanı Continental GT Speed modelindən 25,9 kilovat-saatlıq batareyanı da alacaq.
(c) Autograph.az
Şərh əlavə et