H.Marko: Macarıstan yarışı çətin keçəcək

H.Marko: Macarıstan yarışı çətin keçəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Macarıstan Qran Prisini qazanmaq heç də asan olmayacaq. 

Kokpit.az xatırladır ki,  Red Bull komandası 2021-ci ildən sora ardıcıl iki yarışda qalib gələ bilməyib. Növbədə MAcarıstan yarışıdır. Maks Ferstappen son iki mövsümdə burada rahatlıqla qazanıb. Lakin son dövrlərdə Mercedes və McLaren-in tempini nəzərı alsaq, “qırmızı öküzlər”in işləri bu il asan olmayacaq.

Helmut Marko: “Qalib gəlmək o qədər də asan olmayacaq. Silverstounda yenə də ən sürətli maşın bizdə deyildi. Bir neçə problemimiz olmasa da, problemimiz var idi. Buna baxmayaraq yarışlardan sonra çempionatdakı fərqi artırmağa davam edirik. Buna görə də problem yoxdur.
Maksın qazanmaq istəyi hamıya məlumdur, amma Silverstoundakı yarışlar Formula 1-in idman imicinə müsbət yöndə təsir edir. Əks halda hər şey darıxdırıcı olardı”.
Əgər Mercedes ən sürətli komanda olsa, Maks Ferstappenin almaniya təmsilçisinə keçmə ehtimalı barədə Helmut Marko belə danışıb: “Əgər, əgər, əgər deyə-deyə qalmısınız. Bunların hamısı dedi-qodudur. Dedi-qoduları müzakirə etməycəyəm.
Siz çox gələcəyə baxırsınız. Hələ ən sürətli maşın sahib deyillər. Sadəcə Silverstoundakı soyuq hava işlərinə yaradı. Ümumilikdə istidə problem yaşayırlar. Bundan başqa biz çempionatı qazanmağa köklənmişik. Serxio Peres formasına qayıtmalıdır. Bütün uğursuzluqlardan əlavə psixoloji problemləri də var”.

Bunları da oxuyun

Şərh əlavə et