Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

Rauf Hacıyev 13 İyul 2024, 22:02
Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə avqustun 25-də paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək.

Kokpit.az xəbər verir ki, ənənə halını alan yürüşdə 1984-cü ilədək istehsal olunan avtomobillər iştirak edəcək. Bunun üçün klassik avtomobil sahibləri avqustun 15-dək AAF-ın elektron ünvanı info@faa.az və ya (+99450) 295 01 00 nömrəsinə müraciət etməklə qeydiyyatdan keçə bilər.

Yürüşdən əvvəl Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi təşkil olunacaq. Dənizkənarı Milli Park – Heydər Əliyev Mərkəzi -“Dreamland Golf Club” marşrutu üzrə yürüşdə AAF-da qeydiyyatdan keçən avtomobillərlə yanaşı, Heydər Əliyev Mərkəzindəki daimi sərgidə nümayiş olunan bəzi klassik avtomobillər də iştirak edəcək. Müxtəlif illərdə və ölkələrdə istehsal olunan bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən və nostalji hisslər yaradan görünüşü, həm də maraqlı tarixi ilə diqqəti cəlb edəcək.

Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçiriləcək. Hər kəs bu avtomobillərin qarşısında gözəl foto çəkdirmək, klassik avtomobillərin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanacaq. Burada tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert və əyləncə proqramı təqdim ediləcək, viktorinalar, geyim və avtomobillər üzrə müxtəlif nominasiyalarda qaliblər seçiləcək.

Bunları da oxuyun

Şərh əlavə et