Kokpit.az xatırladır ki, meksikalı sürücü dünən sıralanma turunda 19-cu yeri tutmuşdu. Vəziyyətin belə olduğunu görən Red Bull komandası Peresin güc qurğusunu dəyişmək qərarına gəlib.
Beləliklə, Serxio yarış üçün yeni daxiliyanma mühərriyi, batareya, elektronika idarə etməsi və qazburaxma sistemi götürüb. Bu dəyişiklikləri edərkən mexaniklər qapalı ərazi qaydalarını pozublar.
Qaydalara görə komandalar belə hallarda pitdən başlama cəzası alırlar və meksikalı sürücü də yarışa məhz pit yolundan başlamalı olacaq.
Şərh əlavə et