Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa dördüncü yerdən başlasa da, startdan sonra Lando Norrisi keçərək, üçüncü yerə yüksəlib. Lakin yağış başladıqdan sonra Norris 20-ci dövrədə yenidən Maksı keçib. Maks daha sonra Oskar Piastriyə də keçilib. Bundan sonra hamı düşünürdü ki, üçqat Dünya Çempionu yarışı beşinci yerdə bitirəcək. Lakin Red Bull komandası düzgün strategiya seçərək, Maksı ikinci pilləyə qaldırıblar.
Maks Ferstappen yarışın son dövrələrində Lando Norrisi keçsə də, 2021-ci ildən sonra ilk qələbəsinə inamla addımlayan Lyuis Həmiltona çata bilməyib və ikinciliyə razı olub. Yarışdan sonra 26 yaşlı pilot belə danışıb: “bu gün tempimiz yetərli deyildi. Startdan etibarən geriləyirdim. Elə bildim ki, beşinci ya da altıncı yeri tutacağam. Amma doğru qərarlar verdik. Quru təkərlərdən keçid təkərlərinə və sonra keçid təkərlərdən yenidən quri təkərlərinə qayıtdıq.
Bundan başqa komandanın son pit-stopda Soft təkər yerinə Hard təkər seçməsi də mənə qətiliklə kömək etdi. Bunun hesabına yarışı ikinci yerdə bitirdik”.
Şərh əlavə et