Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Maşın sıralanmada canlandı

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, maşın Britaniya Qran Prisində canlanıb və əla hiss yaşadıb.

Kokpit.az xatırladır ki, keçən həftə Avstriyada yarışı qazanan Corc Rassell bu gün də Silverstounda poul qazanıb. Britaniyalı sürücü sıralanma turunun son sessiyasında hər iki cəhddə də ən sürətli pilot olub.

Corc Rassell: “Bu gözəl hissdir. Bu ilin əvvəlində poul qazanmağı xəyal belə edə bilməzdik.

Bundan başqa ilk cərgəni bağladıq. Lando isə üçüncü yerdədir. Bir sözlə əladır. Bütün bunları azarkeşlərə borcluyuq. Bizə inanılmaz enerji verirlər. Boliddə hazırda özümüzü əla hiss edirik. Sıralanma turunda sözün əsl mənasında canlandı. Bu trasda sürməkdən həzz aldım.

Hazırda çox həyəcanlıyıq və tamamilə sabahkı yarışa köklənmişik. Bu yarışda qalib gəlməliyik. Lando ilə sıx mübarizə olacaq və əminəm ki, Maks da sürətli olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et