Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Nəticələr reallığı göstərmir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, cümə günü alınan nəticələr reallığı əks etdirmir. 

Kokpit.az xatırladır ki, Mercedes komandası Britaniyadakı cümə sərbəst yürüşlərində zəif təsir bağışlayıb və yekunda Lyuis Həmilton 6-cı, Corc Rassell isə 10-cu yerləri tutublar.

Lakin daha əvvəl Silverstounda 8 dəfə qalib gəlmiş Lyuis Həmilton narahat deyil: “Bolid cümə günü çox yaxşı hiss verdi. Hələ də öndəkilərdən bir az geridəyik, amma bu gün cəsarətverici idi. Dövrəvi nəticələr real tempimizi tam olaraq əks etdirmir, amma yenə də görüləsi işlərimizin olduğunu bilirik.

Buna görə də daha çox performans əldə etmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümid edirəm ki, gördüyümüz işlər bizi öndəkilərə bir az daha yaxınlaşdıra bilər.

Silverstounda plmaq doğrudan da mükəmməldir. Azarkeşlərin sayı hər il artır kimi görünür. Bu gün də onların dəstəyini görəmək gözəl oldu. Ümid edirəm ki, həftəsonunun qalanında da onları şənləndirə bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et