Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Yaxşı başladıq

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, onlar Britaniya Qran Prisinə istədikləri kimi başlaya bilməyiblər. 

Kokpit.az xatırladır ki, “narıncılar” ev traslarındakı qran prinin cümə sərbəst yürüşlərini ilk iki yerdə bağlayıblar. Lando Norris isə komanda yoldaşı Oskar Piastrini 0.3 saniyə qabaqlayıb.

Günün sonunda jurnalistlərə müsahibə verən Lando Norris bunları deyib: “Mükəmməl olduğunu deyə bilmərəm, ancaq həftəsonuna çox yaxşı başladıq. Səhər sükan arxasında özümü rahat hiss etmədim, amma hər iki sessiyada da sazlanmalarda bəzi dəyişikliklər etdik və sonra boliddə özümüzü yaxşı hiss etdik.

Silverstoun yüksək sürətli tras olduğu üçün bu dəyişikliklər çox vaibdir, çünki təkərlərin trası tutması performansa təsir edir. Ümumilikdə çox xoşbəxtəm və inkişaf etdiyimizi düşünürəm.

Məncə, bizi kəskin rəqabət gözləyir. Mercedes də demək olar ki, bizimlə eyni sürətdədir. Böyük ehtimalla sürət üzərində bir az çox işləməliyik. Tribunalarda çoxlu sayda azarkeşlərin olması xoşuma gəlir, amma havanın daha yaxşı olmasını istəyərdim. Təbii ki, günün böyek hissəsi yağış olmadan keçdi və yağış axşama doğru başladı.

Hava şəraiti necə olursa olsun düşünürəm ki, istınilən halda inkişafa hazırıq. Bütün hava şəraitlərində yarışmaqdan həmişə həzz almışam. Yenə də öz vətənimdəki yarışda havanın quru və yağışsız olmasını istəyərdim. Ancaq bura Silverstoundur və buna görə də hər şeyə hazır olmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et