Ferrari iki fərqli paketlə işləyəcək

Ferrari iki fərqli paketlə işləyəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandası Britaniya Qran Prisinin sərbəst yürüşlərini test kimi istifadə etmək istəyir. 

Kokpit.az xatırladır ki, Şarl Lekler Monako Qran Prisini qazandıqdan sonra Ferrari elə də ürəkaçan performans göstərmir. Onlar Kataloniyaya yeniliklər aparsalar da, Mercedes-dən geridə qalıblar. 

Yeni detallar bəzi sahələrdə bolidi yaxşılaşdırsa da, yüksək sürətli döngələrdə tullanma problemi davam edir və buna görə də əldə olunan performansın bir hissəsi itir. Ferrari komandası indi Britaniyada iki maşına ayrı paket qoyaraq, sazlanma testləri edəcək və problemlərin qarşısını almağa çalışacaq.

Komandanın rəhbəri Frederik Vassyör: “Bu həftəsonu standart formata geri qayıdırıq. Bunun hesabına sazlanma etmək və yenilikkərdən faydalanmaq üçün üçsaatlıq məşq sessiyamız olacaq. 

Ancaq daha əvvəl dediyim kimi bolidi yaxşı formada sazlaya bilsək, yeni detallara nisbətdə daha yaxşı təsiri olacaq. Şarl və Karlosun sıralanma turunda üst pillərdə yer ala bilmələri və yarışda ön sıralarda mübarizə aparmaları üçün çox yaxşı işləməliyik”.

Şarl Lekler isə bu barədə belə danışıb: “Əgər çox yağış yağsa, bəlkə də bəzi şeyləri təsdiqləmək üçün iki bolidlə birdən etmək istədiyimiz şeyləri növbəti həftəsonuna təxirə salarıq. Yenə də yeniliklərdən ən yaxşı formada faydalanmaq üçün bolidi necə sazlanmalı olduğumuzu anlamalayıq, çünki hazırda yeniliklərdən gözlədiyimiz effekti almırıq.

Əslində yeniliklər lazım olduğu kimi işləyir, ancaq istədiyimiz  statistikaya çatmaq üçün bolidi ən yaxşı formada sazlamalıyıq. Hələlik bunu tam olaraq bacara bilməmişik. Buna görə də bunun üzərində işləyirik”.

Karlos Sayns isə bu barədə belə danışıb: “Barselona Qran Prisindən etibarən o qədər də rəqəbatədavamlı olmadığımızı qəbul edirik və bunun fərqindəyik. Sözn açığı bu hal paketlə bağlı narahatçılığımızı bir az artırır və paketlə bağlı hər şeyi mümkün qədər ankamağa çalışmalıyıq”.

Bunları da oxuyun

Şərh əlavə et