Xəbəri Kokpitdə Oxuyun!

Yeni altlıqdan sadəcə Ferstappen istifadə edəcək

Red Bull komandasının Silverstouna gətirdiyi yeni altlığı sadəcə Maks Ferstappen istifadə edəcək. 

Kokpit.az xatırladır ki, Avstriya təmsilçisi bolidin stabilliyini artırmaq üçün altlıqda böyük dəyişikliklər edib və bu yeni altlıq Silverstoun yarışına gətirilib. 

 

Red Bull komandası son yarışlarda McLaren və Mercedes komandalarının inkişafı ilə mövsümün əvvəlindəki açıq üstünlüyünü itirib. İndi isə performansı artırmaq üçün böyük dəyişikliklər edilməlidir.

Komanda həftəsonu üçün yeni bir altlıq hazırlayıb və bunula da həm bolidin balansını artırmağı, həm də ümumi performansı yaxşılaşdırmağı hədəfləyir. Lakin bu yenilikdən sadəcə bir ədəd hazırlanıb və bunu Britaniyada sadəcə Maks Ferstappen istifadə edəcək. Bu yeniliyin hesabına bolidin sürüşünün asanlaşması və sazlanma tapmağın daha rahat olması gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et