Kokpit.az bildirir ki, fransalı sürücünün yeni batareya və elektronika idarəetməsinə ehtiyacı olub. Pyer buna görə güc qurğusunu tamamilə dəyişmək qərarına gəlib və yarışın startında 20 yer itirəcək.
Qasli onsunda dördüncü və sonuncu daxiliyanma mühərriyini , turbonu, elektrik motoru istifadə edirdi. Buna görə də beşinci güc qurğusuna keçmək onu növbəti yarışlar üçün rahatlandıracaq.
Pyer Qasli: “Batareyanı dəyişdirməli olduq. Mövsümün əvvəlində bir neçə kiçik problem yaşadıq. Bu da o demək idi ki, batareyamda problem var idi. Üstəlik iki ya da üç dəfə xəbərdarlıq almışdıq. Buna görə də batareyanı dəyişdirməli olduq. Buna görə də startda 20 yer itirməli olduq. Onsuz da sonuncu yerdən başlayacağam. Bu səbəbdən əlavə bir güc qurğusu götürmək fürsətindən istifadə edəcəm.
Avstriya yarışı bizim üçün çox çətin keçdi. Haas komandası orada bütün mövsüm topladığından çox xal qazandı. Buna görə də bizim üçün pis olsa da, çox yaxşı iş gördülər. Hər yerdə rəqabətədavamlı olmasalar da, Avstriyada bütün həftəsonu ərzində güclü göründülər. Biz də komanda olaraq bunu hədəfləməliyik.
Əlimizə keçən hər fürsəti ən yaxşı formada dəyərləndirməliyik. Bir ya da iki xal üçün mübarizə aparacağımızı bilirik, çünki səkkizliyə düşmək mümkün deyil. Növbədə bizi çoxlu yarış gözləyir. Hər dəfə bir ya da iki xal qazansaq, yaxşı yerdə olacağıq, amma bu çox sıx mübarizədir”.
Şərh əlavə et