Kokpit.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası xəbər verib: Məlumdur ki, sərgi 12-14 iyul 2024-cü il tarixində baş tutmalı idi. 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (KOP29) ev sahibliyi etməyə hazırlaşdığını əsas tutaraq, AADA bu motor-şouda xüsusi eko-zona yaratmaq və ən müasir ekoloji nəqliyyat vasitələrini nümayiş etdirməyi planlaşdırır. Ölkəmizdə fəaliyyət göstərən rəsmi avtomobil mərkəzləri, məhz avqust ayında bir sıra yeni modellərin gözlənildiyini bildirərək, tədbirin zamanın dəyişdirilməsi barədə AADA-ya müraciətlər ünvanlamışdırlar. Bu müraciətləri nəzərə alaraq, AADA Caspian Motor Şou-2024 sərgisinin avqust ayına qədər təxirə salınmasına qərar verib.
Şərh əlavə et