Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler Saynsı anlamır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, İspaniyada Karlos Saynsın ona olan hücumunu anlamayıb.

Kokpit.az xatırladır ki, yarışın əvvəlində Karlos Sayns ilk döngədə komanda yoldaşı Şarl Leklerə hücum edərək onu keçib. Bu ötmə zamanı Leklerin ön qanadı Saynsın sağ arxa təkərinə çırpılıb.

Lekler bildirib ki, komanda onlara təkər qorumaq barədə təlimat versə də, Sayns buna uymayıb. Bu təmasa görə isə yarışı çətinləşib.

Şarl Lekeır: “Yarışın əvvəlində bizə dedilər ki, sonradan hücum etmək üçün təkərləri qoruyaq. Karlos isə 14-cü döngədə qənaət etmədi və məni ötmək üçün fürsət tapdı. Bu, məyusedicidir, çünki vaxt itirdik.

Karlos mənim daxildə olduğumu görmədi və buna görə ön qanadım zədələndi. Bu da yarışımızı daha da çətinləşdirdi. Yarışdan əvvəl ilk dövrələrdə qənaət edəcəyimizi danışdığımız halda onun məqsədini anlamadım. Lazımsız hərəkət idi, amma onu anlayıram. Vətənindəki yarışdır və karyerası üçün vacib xatirədir. Məncə, özünü göstərmək istədi, amma bunun üçün doğru adam mən deyildim”.

Karlos Sayns isə onlar komanda olaraq yaxşı həftəsonu keçirməyiblər: “Podium üçün mübarizə aparmaq çətin idi. Amma pitə tez gəlmək və Hard təkərə keçmək də işə yaramadı. Bu təkərlər yarışda çox yavaş idilər. Ən sürətli strategiya Soft-Medium-Soft strategiyası idi.

Yarışda Rassellin etdiyini təkrarladım və ondan 0.1-0.2 saniyə yavaş idim. Şarl isə Həmiltonun strategiyasını təkrarladı və o da 0.1-0.2 saniyə yavaş idi.

Təbii ki, Red Bull və McLaren açıq-ara öndədirlər. Bizim üçün heç də asan həftəsonu olmadı”.

Rauf Hacıyev

Şərh əlavə et