Xəbəri Kokpitdə Oxuyun!

A.Stella: Qələbəni startda itirdik

McLaren komandasının rəhbəri Andrea Stella bildirib ki, onlar Barselonada qələbəni ilk döngədə itiriblər.

Kokpit.az xatırladır ki, Lando Norris Barselona yarışına pouldan başlasa da, startda həm Maks Ferstappenə, həm də Corc Rassellə keçilib. Britaniyalı sürücü yekunda Maks Ferstappendən 2.2 saniyə geri qalaraq, Kataloniyada 2-ci yeri tutub.

Andrea Stella: “İlk döngədə qələbəni itirdik. Barselonada poul qazansanız belə startda uduzmaq təəccüblü deyil, çünki ilk döngəyə qədər uzun yol var. Landonun problem yaşamamasını isə doğrudan da təqdir edirəm. Yarışı bitirmək istəyirdik, amma bilirdik ki, sürət çox önəmli faktordur.

Strategiyamız da güclü idi. Buna görə də diqqətlə işləyən strategiya komandamıza da təşəkkür edirəm. Bilirdik ki, burada tez pitə girmək olmaz, çünki təkərlərimiz yeyilə bilərdi. Sonda isə qələbə üçün mübarizə apara bilmədik.

Məncə, McLaren və Red Bull bir-birlərinə çox yaxındırlar. McLaren-in Red Bull-la bir səviyyədə olmasını demək böyük uğur olsa da, daha çox inkişaf etmək istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et