Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Problem başladığımız yerdir

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, peletondakı digər komandalar çox güclüdür və buna görə də mükəmməl həftəsonları keçirməlidirlər. 

Kokpit.az xatırladır ki, meksikalı sürücü İspaniyada sıralanma turunda 8-ci olsa da, Kanadada aldığı cəzaya görə yarışa 11-ci başlayıb və damalı bayrağı 8-ci yerdə keçib.

Serxio Peres yarışdan sonra bildirib ki, başladığı yerə görə yarışda heç bir şey edə bilməyib: “Əsl problem yarışa 11-ci yerdən başlamağımız oldu. İlk pit-stopa qədər çox çətin idi və burada yarışı riskə atdıq.

Digər komandalar çox güclüdür. Buna görə də komanda üçün mükəmməl həftəsonları keçirməyimiz çox vacibdir. McLaren hazırda ən güclü komanda kimi görünür. Ümid edirəm ki, fərqli traslarda güclü olarıq”.

Rauf Hacıyev

Şərh əlavə et