Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Yaxşı gün idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yaxşı həftəsonu keçiriblər və o, yaxşı işlədikləri üçün komanda işçilərini təşəkkür edib.

Kokpit.az xatırladır ki, “gümüşü oxlar” Kanadada nəhayət ki, mövsümdəki ilk podiumlarını qazanmışdılar. Alman təmsilçisi Barselonada da yaxşı performans göstərərək, bu dəfə Lyuis Həmiltonla fəxri kürsüyə yüksəliblər.

Lyuis Həmilton: “Yaxşı gün və sağlam həftəsonu oldu. Çox işlədikləri üçün komandaya böyük bir təşəkkür edirəm.  Strategiya və pit-stoplar doğrudan da çox yaxşı idi. Heyif ki, pis start aldım və Ferari-lərə qarşı yer itirdim. Buna görə də geri qayıtmaq üçün mübarizə apardım. Daha yaxşı startla öndəkilərlə mübarizə apara bilərdikmi bilmirəm, amma bu qədər geridə qalmazdıq”.

Rauf Hacıyev

Şərh əlavə et