F.Alonso: Sürətlənməliyik

F.Alonso: Sürətlənməliyik
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, şənbə günü sürətli olmaq üçün çox işləməlidirlər.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü öz vətənindəki qran priyə yaxşı başlamaq istəsə də, ümidləri doğrulmayıb. İkiqat Dünya Çempionu birinci sərbəst yürüşlərdə 9-cu, ikinci sərbəst yürüşlərdə isə 14-cü yeri tutub. Bu hal Kataloniya trasına yığışmış ispan azarkeşləri çox məyus edib.

Fernando Alonso: “Çox çətin gün idi. Asfaltla ilişmə çox aşağı idi. Buna görə də şənbə günü güclənmək üçün çox işləməliyik”.
Kataloniya trası Formula 1-in ənənəvi traslarından biridir. Jurnalistlər veteran sürücüdən bu trasa qayıtmağın ona kömək edib-etmədiyini və Kataloniya trasının növbəti yarışlar üçün meyar nöqtəsi olub-olmadığı barədə soruşublar. Lakin daha əvvəl bu trasda iki yarış qazanmış Alonso bu iddiaları rədd edib və bildirib ki, müasir Formula 1 trasları demək olar ki, buraya bənzəmirlər.

Fernando Alonso: “Bu sizin nəyə ənənəvi tras deməyinizdən asılıdır. Məncə, artıq Bakı, Mayami və Veqas tərsi traslar var. Yəni ki, təqvimdə Barselonaya oxşar 6-7 tras və fərqli olan 18 tras var”.

Aston Martin komandasının digər sürücüsü Ləns Stroll da ilk gündən sonra demək olar ki, təcrübəli Fernando Alonso ilə eyni fikirdədir: “Bizim üçün çox çətin bir gün idi.

Çox rəqabətədavamlı deyildik. Buna görə də çox işləməli və şənbə günü nə edə biləcəyimizə baxmalıyıq. Görüləcək çox iş var. Təkər yeyilməsi həddən artıq çoxdur. Bu trasda hava həmişə isti olur. Buna görə də bazar günü təkərlərə nəzarət etmək çox çətin olacaq, amma şənbə günü üçün maşının sürətini artırmalıyıq”.

Qeyd edək ki, Aston Martin komandası Barselonaya bəzi yeniliklərlə gəliblər. “Yaşıllar” mövsümün ilk Avropa yarışına ön asılqan örtüyü, ön əyləc kanalı, arxa kənar deflektoru gətiriblər.

Bunları da oxuyun

Şərh əlavə et