Kokpit.az bildirir ki, Red Bull Kataloniyadakı yarışa yeni saydpod girişi, motor qapağı, altlıq, tarazlayıcı qanaq, arxa qanad uc detalı gətirib.
Ferrari yeni arxa qanad, saydpod, motor qapağı, altlıq, diffuzor və halo ilə gəlib.
Mercedes sadəcə altlığın çəkisini azaltmaq üçün dəyişikliklər edib. McLaren, Alpine və Williams komandaları maşınlarında heç bir dəyişiklik etməyiblər.
Aston Martin ön asılqan və ön əyləc kanallarında dəyişiklik edib. Eyni zamanda arxa deflektorlar dəyişdirilib.
RB komandası yeni saydpod, motor qapağı, ön əyləc kanalı, altlıq, arxa qanad və yeni tarazlayıcı qanada keçib.
Sauber və Haas komandalarında da kiçik dəyişikliklər var.
İspaniya Qran Prisinə gətirilən yeniliklər:
- Red Bull: Saydpod girişi, motor qapağı, altlıq, tarazlayıcı qanad, arxa qanad uc detalı
- Mercedes: Yüngülləşdirilmiş altlıq
- Ferrari: Arxa qanad, saydpod, motor qapağı, altlıq, diffuzor, halo
- McLaren –
- Aston Martin: Ön asılqan örtüyü, ön əyləc kanalı, arxa kənar deflektoru
- Alpine –
- Williams –
- RB: Saydpod, motor qapağı, ön əyləc kanalı, altlıq, arxa qanad, tarazlayıcı qaanad
- Sauber: Arxa qanad, ön əyləc kanalı
- Haas: Arxa tərəfdə yeni bir qanadcıq
Şərh əlavə et