Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Belə yarışlara ehtiyacımız var

Red Bull komandasının sürücüsü Maks Ferstappen çətin keçən Kanada Qran Prisindən sonra bildirib ki, yarışdan həzz alıb.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa Corc Rassellin gerisində ikinci yerdən başlayıb. Lakin Maks bir neçə dəfə rəqibinə hücum etsə də, onu keçə bilməyib. Üstəlik Lando Norris geridən bu iki sürücüyə çataraq, hər ikisini geridə qoyub.

Lakin 23-cü dövrədə Loqan Sarcentin qəzasına görə trasa təhlükəsizlik maşını çıxıb və burada qazanan son 3 ilin çempionu Maks Ferstappen olub. 26 yaşlı pilot bu rejimdən sonra liderliyi ələ alıb və sona qədər yerini qoruya bilib.

Maks Ferstappen: “Çox dəlisov yarış idi. Çox şey oldu və yarış ərzində komanda radiosuna diqqət etməli idik. Komanda olaraq yaxşı iş gördük. Sakit qaldıq və doğru zamanda pitə gəldik. Təhlükəsizlik maşını bizə yaxşı nəticə qazandırdı, amma ondan sonra da boşluqlardan daha yaxşı istifadə etdik. Belə yarışları sevirəm. Çox əyləncəli idi. Bu cür yarışlara həmişə ehtiyacımız olur”.

Qeyd edək ki, bu Maks Ferstappenin  mövsümdə 6-cı, karyerasında 60-cı qələbəsidir. Niderlandlı pilot bu qələbədən sonra ən yaxın rəqibi Şarl Leklerə 56 xallıq fərq atıb.

 

Rauf Hacıyev

Şərh əlavə et