Xəbəri Kokpitdə Oxuyun!

Ferrari şokdadır

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sıralanma turundakı pis nəticəyə görə təəccüblüdür.

Kokpit.az xatırladır ki Ferrari komandası Monako yarışında 1 və 3-cü yerləri tutaraq, ikili podium etmişdi. Buna görə də onlar Jil Vilnöv trasında da əsas favoritlərdən sayılırdılar. Ancaq həm Lekler, həm də Sayns ikinci sessiyada ələniblər. Onlar müvafiq olaraq 11 və 12-ci yerləri tutublar.

Şarl Lekler: “Təəssüflər olsun ki, yetərincə tempimiz yoxdur. Üçüncü sərbəst yürüşlərdə quru havada heç nə edə bilmədik. Sıralanma turunda da quru havada zəif performans göstərdik.

Hazırda heç bir açıqlama verə bilmirəm. Üçüncü sərbəst yürüşlərdə bəzi şeylərin səhv getdiyini anladıq, amma bunun nə olduğunu anlamadıq.

Xüsusən də ilk sektorda ilişmə çox zəif idi. İlk sektorda sürüşəndə bu qartopu effekti verir və boliddən performans ala bilmirsiniz.

Bu nəticə çox təəccüblüdür. Bunu gözləmirdim və məyusam. Amma önümüzdə uzun yarış var. İnanıram ki, yarış sıralanma turundan fərqli olacaq”.

Karlos Sayns da bu nəticəyə təəccüblənib, ancaq o düşünür ki, bunun səbəbi bəzi faktorlardır: “Hazırda deyə bilərəm ki, ilişmə azlığı var və performansımız Monakodakı kimi yaxşı deyil. Bu iki səbəbə görə Kanadada Monakodakına nisbətən zəifik.

Hamının anladığı kimi bir az təəccübləndik, çünki üçüncü sərbəst yürüşlərdən bəri yavaş olduğumuzu bilirdik. Bundan sonra anladıq ki, həftəsonu çətin keçəcək.

Bir qələbə ya da poul uğrunda mübarizədən ikinci sessiyada uduzmağa qədər düşmək olmaz. Lakin bu, Formula 1-dir. Daha pisini gördüm və burada niyə çətinlik çəkdiyimizi anlamaq üçün geri dönüb təhlillər aparacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et