Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Ön tərəfə yaxınlaşmışıq

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, artıq ön tərəfə yaxınlaşırlar.

Kokpit.az xatırladır ki, Kanada Qran Prisində ilk iki sessiya da yağışlı keçib və buna görə də sürücülərin trasda işləməsi məhdudlaşıb.

Lakin əfsanəvi Lyuis Həmilton düşünür ki, onlar Red Bull, McLaren və Ferrari-yə yaxınlaşmağa başlayıblar: “Düzünü desəm, mübarizədə olduğumuzu düşünürəm. Doğrudan da özümə güvənirəm. Lakin vəziyyətin nə yerdə olduğunu şənbə günü sıralanma turunda biləcəyik.

Cümə günü hər iki hava şəraitində də özümü güclü hiss etdim. Buna görə də ümidliyəm. Bu həftəsonu önə daha yaxın olduğumuzu hiss edirəm”.

İlk sessiya yağışa görə 20 dəqiqə gec başlayıb. Lakin Lyuis Həmilton trasa çıxmaq üçün səbirsizlənirdi. Yeddiqat Dünya Çempionu bildirib ki, trasa çıxmağa tələsmə səbəbi yeni asfaltı yoxlamaq istəməsi olub: “Əla hiss idi. Trada çıxmaq üçün çox səbirsizlənirdim.

Bura texniki cəhətdən çətin trasdır. Buna görə də trasda bacardıqca çox vaxt keçirməli və asfaltdakı dəyişiklikləri anlamalıyıq. Doğrudan da yaxşı sessiya idi və boliddə özümü yaxşı hiss edirdim. Sessiyadan həzz aldım”.

Rauf Hacıyev

Şərh əlavə et