Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Həftəsonu əsl qumar olacaq

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, həftəsonunun qalan hissəsində verəcəkləri qərarlar qumaqdan ibarət olacaq. 

Kokpit.az xatırladır ki, Kanadada ilk iki sessiyada yağış öz təsirini göstərib və təcrübəli Fernando Alonso günü 1.15.810 zaman nəticəsi ilə birinci yerdə bitirib.

Sessiyadan sonra danışan ispaniyalı sürücü bildirib ki, şərh vermək çətindir və həftəsonunun qalanı üçün yaxşı məlumat təhlili etməlidirlər.

Fernando Alonso: “Düzünü desəm, şərh verə bilmirəm. Hamı üçün çətin cümə günü idi. Hər iki sessiyada da çox dövrə vurmadıq. Demək olar ki, müəmmanın ortasında idik. Məlumatları təhlil etməli və şənbə gününə kəskin formada qayıtmalıyıq. Məncə, doğru qərar bizə 5 saniyə qazandıra bilər. Səhv qərar isə bizi yarışdan kənarlaşdırar.

Bundan başqa trasın səthi də yaxşdır. Fırtınaya görə tozlu olsa da, ilişmə yaxşıdır. Buna görə də yeni asfaltın yaxşı olduğunu düşünürəm. Ancaq bizim üçün təkərlərin istifadəsi əsl qumar olacaq. Görək doğru qərar verə biləcəyik?”

Rauf Hacıyev

Şərh əlavə et