Xəbəri Kokpitdə Oxuyun!

Kanadaya gətirilən yeniliklər

Bəzi komandalar Kanada Qran Prisinə yeniliklərlə gəliblər.

Kokpit.az bildirir ki, Red Bull komandası aerodinamik cəhətdən daha yaxşı olmaq üçün Monreala yeni arxa qanad bə yeni ön əyləc kanalı gətirib.

Mercedes isə ön asılqanda geometriyanı sazlayıb. Əyləc dislərinin soyutma effektini artırmaq üçün isə ön əyləcin hava giriş qatını artırıb. Aston Martin yeni tarazlayıcı qanad, Williams isə yeni ön və arxa asılqan gətirib.

Yeniliklərlə gələn digər komandalar isə RB, Haas və Sauber olub.

Ferrari, McLaren, Alpine isə Kanadaya heç bir yenilik gətirməyib.

Gətirilən Yeniliklər:

  • Red Bull: Arxa qanad, ön əyləc kanalı
  • Mercedes: Ön asılqan geometriyası, ön əyləc hava girişi
  • Aston Martin: Tarazlayıcı qanad
  • RB: Arxa qanad, ön qanad
  • Sauber: Arxa qanad, tarazlayıcı qanad
  • Haas: Ön qanad

Rauf Hacıyev

Şərh əlavə et