Kokpit.az bildirir ki, Lourens Stroll komandanın texniki heyətini yaxşılaşdırmaq üçün işlər görməyə davam edir. Buna görə də o, bəzi əfsanəvi adamları hədəfinə alıb. O, əfsanəvi texniki direktor Ədrian Nyui ilə maraqlanmağa davam edir və eyni zamanda Ferrari-nin texniki direktoru Enriko Kardileni hədəfinə alıb.
Nyui gələn ilin ilk rübündə sərbəst qalacaq. Əksəriyyət düşünür ki, o, Ferrari-yə gedəcək. Lakin Stroll Nyuinin cəzb etmək üçün yeni təklif hazırlayıb. Hələlik Nyuinin bu təklifə necə cavab verəcəyi müəmmalıdır.
İtaliya mətbuatı xəbər verir ki, Ədrian Nyui hələ qərarını verməyib. O, hazırda Ferrari ilə yanaşı Williams komandasının da təklifini dəyərləndirir. Bəzi resurslar xəbər verirlər ki, Williams ona həm də səhm təklif edib. Ancaq əksəriyyət düşünür ki, Ferrari Nyuinin transferində pouldadır.
Şərh əlavə et