Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Poul qələbə demək deyil

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, doğma vətənində poul qazanmaq xüsusi hissdir və bazar günü yaxşı nəticə üçün mübarizə aparacaq. 

Kokpit.az xatırladır ki, monakolu sürücü öz vətənində daha əvvəl iki dəfə poul qazansa da, yarışda podium belə görməyib.

Şarl Lekler: “Çox gözəl idi. Sıralanma turundan sonrakı hiss birada çox xüsusidir. Bu dövrəyə görə çox xoşbəxtəm. həyəcan çox yüksək idi. Doğrudan da özümü yaxşı hiss edirəm. Ancaq artıq anlayıram ki, poul qazanmaq hər şey deyil. Düzdür, köməyi var, amma bazar günü hər şeyi bir araya gətirməliyik. Keçmişdə bunu burada bacarmadıq, amma hazırda daha güclü mövqedəyik. Sabah əminəm ki, əla işlər görəcəyik və hədəfimiz qələbədir.

Yaxşı start almalıyam. Bunu etdikdən sonra ümid edirəm ki, Karlos da yaxşı start alar və birinci döngədən məni izləməyə başlayar. Əgər ilk iki yeri tutsaq, bunu komanda olaraq bacararıq. Bu, mükəmməl ssenari olar. Ancaq nə olursa-olsun, qələbə qazanmalıyıq”.

 

Rauf Hacıyev

Şərh əlavə et