Xəbəri Kokpitdə Oxuyun!

Həmilton ilk məşqlərdə Mercedes-i zirvəyə daşıyıb

Monakoda Formula 3 və Formula 2 məşqləri cümə axşamı keçirilib və qırmızı bayraqlarla kəsilən insidentlərlə zəngin olub.

Kokpit.az bildirir ki, bu gün səhər tras F1 sürücülərinin ixtiyarına verilib. McLaren komandası Ayrton Sennanın 30-cu ölüm ildönümünə görə xüsusi rənglənmiş maşınla bura gəlib. Pirelli C3, C4 və C5 təkərləri il bura gəlib. Ferstappen və Piastri orta, qalanları isə sərt təkərləri seçiblər.

Həmilton və Sayns tunelin çıxışındakı şikananı kəsiblər, lakin heç bir problem baş verməyib. Qasli mühəndisin xahişi ilə boksa gəlib və birazdan yenidən trasa çıxıb. Lakin turbindəki problemə görə geri qayıtmalı olub. 15-ci döngədə maneəyə toxunan Piastrinin maşını zədələnməyib.

Birinci döngənin çıxışında maneəyə çırpılan Çjou qırmızı bayraqlara səbəb olub. Qırıntıların üzərindən keçən Leklerin maşınını yoxlamaq üçün komandası pit yoluna çağırıb.  Fasilə uzun olmayıb və sürücülər yenidən trasa qayıdıblar.

İlk sessiyanın ən yaxşı dövrəsini Lyuis Həmilton vurub – 1:12.169. Nəticələr çox sıx olub. Məşqlər bu gün davam edəcək.

Elçin Zodorov

Şərh əlavə et