Kokpit.az xatırladır ki, Ferrari komandası Mayami Qran Prisindən sonra Şarl Leklerin yarış mühəndisi Çavi Markosu göndərmiş və onun əvəzinə Brayan Boççini təyin etmişdi.
Çavi MArkosun qərarları azarkeşlər tərəfindən bəyənilmirdi və onun Leklerlə olan dialoqları sosyal şəbəkələrdə həmişə müzakirələrə səbəb olurdu.
Şarl Lekler: “Qərar Çavi və komanda arasında alındı. Məncə, başqa planları var idi və Mayamidən sonra mənə bildirdilər. Ancaq onu da deyim ki, Çavinin yerinə gələn Brayanla da Ferrari-yə gələndən bir yerdə işləyirik. Həmişə performans mühəndisim olub və buna görə də işin necə getdiyini çox yaxşı bilir. Buna görə də hər şeyə sıfırdan başlamıram. İndiyə kimi hər şey problemsiz olub. Əminəm ki, belə də davam edəcək. Beləliklə, bu həftəsonundan etibarən 100 faiz performansımızı göstərə biləcəyik”.
Şərh əlavə et