Kokpit.az xatırladır ki, aerodinamikanın atası Ədrian Nyui gələn ilin ilk rübündə Red Bull komandasından ayrılacaq. O, 2006-cı ildə Red Bull-a gəlməmişdən əvvəl McLaren komandasında işləmiş və Britaniya təmsilçisinə 1998-1999-cu illərdə titul qazandırmışdı.
Ədrian Nyuinin yenidən McLaren-ə qayıdıb-qayıtmayacağı hələ də hamıya maraqlıdır, amma şirkətin rəhbəri Zek Braun bildirib ki, onlar əfsanəvi mühəndislə maraqlanmırlar: “O, Formula 1 tarixinin ən güclü konstruktorudur. Onun Red Bull-dan ayrılması təəccüblü olsa da, hazırda komandamdan çox razıyam”.
Lakin Zek düşünür ki, Ədrian Nyui tamamilə Formula 1-dən ayrılmayacaq.
Zek Braun: “Məncə, Formula 1-də işləməyə davam edəcək. Bu idmanı sevir. Məncə, buradakı işi hələ bitməyib”.
Ancaq Braun dahi Nyuinin Amerikaya köçə biləcəyini də düşünür: “Əksəriyyət bunu bilməsə də, o daha əvvəl İndyCar-da işləyib. Buna görə də düşünürəm ki, çempionatı sevir. Lakin inanaraq deyirəm ki, avtoidmandakı işi hələ bitməyib. Bəs hara gedəcək? Onu hələ bilmirik”.
Şərh əlavə et