Rəsmi: Şarl Leklerin yarış mühəndisi dəyişdirilib

Rəsmi: Şarl Leklerin yarış mühəndisi dəyişdirilib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Şarl Leklerin ispaniyalı mühəndisi Çavi Markos Ferrari Formula 1 komandasından ayrılacaq və şirkətdə başqa bir işdə işləyəcək.

Kokpit.az bildirir ki, Ferrari komandası Lando Norrisin qazandığı Mayami yarışından dərhal sonra Şarl Leklerin yarış mühəndisini dəyişdirmə qərarı alıb.

Qeyd edək ki, Çavi Markos uzun zaman idi ki, Leklerin yarış mühəndisi idi və monakolu sürücü ilə münasibətləri bəzən çox gərginləşirdi.

Maranello komandası qısa açıqlama ilə bildiirb ki, Çavi yarış şöbəsindən tamamilə ayrılacaq və digər şöbələrdə işləməyə başlayacaq: “Scuderia Ferrari HP komandası 13 maydan etibarən  Çavi Markosun təcrübəsindən başqa vacib proqramlarda faydalanacaq”.

Leklerin yeni yarış mühəndisi Brayan Botsi olacaq. O, indiyə kimi monakolu sürücünün performans mühəndisi kimi işləyirdi. Qeyd edək ki, Botsi 2012-ci ildən Ferrari komandasında işləyir.

Bu qərarın kim tərəfindən  (Ferrari yoxsa Çavi) verildiyi isə müəmmalıdır.

Bunları da oxuyun

Şərh əlavə et