BMW yeni M4 CS modelini təqdim edib

Rauf Hacıyev 09 May 2024, 10:40
BMW yeni M4 CS modelini təqdim edib
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

BMW M idman avtomobillərinin iyerarxiyasında yeni M4 CS versiyası M4 Competition Coupé M xDrive və M4 CSL arasında yer alacaq. Yeni kupe öz mühərrikini M4 CSL ilə bölüşəcək. Bu, M4 GT3 mühərrikinin əsasını təşkil edən 3,0-litrlik sıralı altısilindrli benzin biturbomühərrikidir. 550 at qüvvəsi və 650 Nm hasil edən güc aqreqatı səkkiz pilləli M Steptronic “avtomatı” ilə tandemdə çalışır.

100 km/saata sürətlənmədə M4 CS versiyası CSL indeksli kupedən (3,7 saniyə) daha sürətlidir, lakin avtomobillər 200 km/saata 0,4 saniyə fərqlə sürətlənirlər – və bu, yeniliyin xeyrinə deyil. Maksimal sürət də fərqlidir: M4 CSL versiyasının maksimal sürəti 307, M4 CS kupesinin isə, 302 km/saatdır.

Arxa ötürməli məhdud buraxılışlı ikiqapılıdan fərqli olaraq, M4 CS aktiv arxa differensialı olan M xDrive tam ötürmə sisteminə malikdir. Asqı sisteminin kinematikası və təkərlərin quraşdırılma bucaqlarına yenidən baxılıb, yenidən tənzimlənmiş elektron idarələnən amortizatorlar, köməkçi yaylar və köndələn dayanıqlılıq stabilizatorları quraşdırılıb.

Eyni zamanda, elektromexaniki M Servotronic sükan gücləndiricisinin, stabilləşdirici elektronikanın və M Dinamik Mode sisteminin tənzimləmələri dəyişdirilib. Nəticədə, kupe Nürburqrinqin tam dövrəsini 7 dəqiqə 21,989 saniyəyə qət edir ki, bu da adi M4 Competition modelinin göstəricisindən altı saniyə daha yaxşıdır.

Bununla belə, M4 CS də daha az çəkiyə malikdir. Fərq azdır – təxminən 20 kiloqram, lakin o da ümumi işə öz töhfəsini verir. Dam, kapot, ön splitter və arxa diffuzor karbon lifi ilə gücləndirilmiş plastikdən hazırlanıb.

M Compound əyləcləri, müxtəlif ölçülü döymə təkər diskləri, titandan səsboğucusu olan yüngül buraxılış magistralı (minus 4 kiloqram) və M Carbon idman oturacaqları standart təchizata daxildirlər. Əlavə ödəniş müqabilində karbon keramika əyləclərini, yarış sliklərini və kuzovun ön hissəsi üçün alüminium dayaq dəstini sifariş etmək olar.

M4 CS modelinin standart təchizatına M Drive Professional sistemi də daxildir. O, yana sürüşmələri qiymətləndirən M Drift Analyser və trekdə gediş barədə təfərrüatlı məlumatları təqdim edən, habelə onu dostlarla paylaşmağa imkan verən M Laptimer funksiyalarına girişi təmin edir. Bundan əlavə, 10 səviyyədə müdaxilə imkanı olan qabaqcıl trəşk-kontrol da var!

M4 CS modeli BMW Group Dingolfing zavodunda istehsal olunacaq. İstehsalın başlanması bu ilin iyul ayına planlaşdırılıb, lakin mayın sonunda sifarişlər qəbul edilməyə başlanacaq. ABŞ-da M4 CS modelinin satış qiyməti 123.500 dollar təşkil edir.

(c) Autograph.az

Bunları da oxuyun

Şərh əlavə et