Kokpit.az xatırladır ki, Mayamidə qələbəni Lando Norris bayram edib. Karlos Sayns isə aldığı cəzadan sonra 5-ci pilləyə geriləyib və 10 xala razı olub.
Karlos yarışa Lando Norrisin önündə başlamışdı. Hətta pitlərdən əvvəl Sayns ikinci, Norris üçüncü idi. İspaniyalı pilot yarışın 28-ci dövrəsində pitə girdikdən sonra Sarcentlə Maqnussen təmas yaşayıblar və trasa təhlükəsizlik maşınş daxil olub. Bundan sonra pitə gələn Norris trada birinci yerdə qayıdıb. Sayns isə 5-ci pilləyə geriləyib.
Karlos Sayns: “Məncə, uzun zaman idi ki, Lando qələbənin dalınca qaçırdı. Mükəmməl səviyyədə yarışır və sonda qazandığı üçün çox sevinirəm.
Ancaq öz adıma məyusam. Təhlükəsizlik maşınından əvvəl onun önündə idik. Əgər trasda bir dövrədə qalsaydım, təhlükəsizlik maşınına düşərdim və yarışı qazana bilərdim.
Lakin bəxt həmişə layiq olanın ayağına gəlir. Lando bu həftəsonu o fürsətə layiq idi.
Formula 1-də ən böyük problem…Hər şeyi mükəmməl edirsiniz, maksimumda sürürsünüz və həftəsonunun ən güclülərindən olduğunuz zaman beşinci, dördüncü, üçüncü ya da ikinci olursunuz. Ancaq manşetdə çıxmırsınız, çünki yarış qazanmamısınız.
Formula 1-də bu gün Landoda olduğu kimi bəxt amili var. Lakin o, artıq neçə yarışdır ki, çempion kimi sürür. Buna görə də qələbəyə layiqdir. Bəxt ya da bəxtsizlik, fərq etmir. O, artıq yarış qalibidir.
Artıq bunun vaxtı gəlmişdi. Əgər bolidinin ən sürətli deyilsə, qazanmaq üçün bəxtə ehtiyacınız olur.
Biz sürücülər bilirik ki, kim yarış qazanmağa layiqdir və kim yarış qazanacaq səviyyədə sürür. Hamımız bilirik ki, Lando yarışlar qazanmaq üçün sürür. Hamımız onun üçün sevinirik.
Öz yarışımdan isə çox razıyam, çünki tempim yüksək idi. Günün sonunda komanda üçün yaxşı xallar qazandıq. Yarışda dəyərləndiriləcək çox şey var. Hər şeydən əvvəl Çeko əsl torperdo kimi gəldi və az qala qəza edəcəkdik.
Startda ikinci yerə yüksəlsəm də, ilk döngədən 4-cü yerdə çıxdım. Bu da bizi geriyə saldı, çünki ikinci getməklə 4-cü getmək eyni deyil.
Təkərlərimi qorudum, ilk hissəni uzatdım və təhlükəsizlik maşınımə bir dövrə ilə qaçırdım. Yoxsa növbəti qələbəmə yaxın idim.
Oskarla insidentə görə də məyusam. O anda aqressiv olmağın vaxtının gəldiyini düşündüm, çünki yarışda hamı elə davranırdı. Oskara hücum etməli idim, amma düzlüklərdə çətinlik çəkirdim. Mən də daxilə girməli idim və elə də etdim. Daha sonra tempim yaxşı idi və Maksla Şarla çatırdım, ancaq çox gecikmişdim. Oskarla mübarizədə çox vaxt itirdim”.
Şərh əlavə et