Kokpit.az xatırladır ki, danimarkalı sürücü sprint yarışının startında 6 yer qazanaraq, 8-ciliyə yüksəlib. O, daha sonra öndəki komanda yoldaşı Niko Hülkenberqi qorumaq üçün Lyuis Həmiltona qarşı fərqli müdafiə üsullarından istifadə edib.
Yarış ərzində Maqnusseni 4 dəfə cərimələyiblər və o, 35 saniyə zaman cəzası alıb, amma stüardların ürəkləri bununla soyumayıb və yarışdan sonra onu yenə də “idmançıya yaraşmayan hərəkətlər” səbəbinə görə yenidən araşdırıblar. Yarışdan sonra Maqnussen səhvini boynuna alıb və Həmilton onu dürüstlütünə görə tərifləyib.
Beləliklə Maqnussenin cərimə balları son 12 ay ərzində 8-ə yüksəlib. 12 ay ərzində cərimə balı 12 bala yüksəlsə, sürücülər biryarışlıq kənarlaşdırılma cəzası alırlar.
Qeyd edək ki, Kevin Maqnussenin növbəti cəza balı silinməsi gələn ilin martının 9-da olacaq və bu mövsüm belə görünür ki, Haas komandasının sürücüsü üçün çox çətin keçəcək.
Şərh əlavə et