K.Sayns: Burada hər dövrə macəra ilə doludur

K.Sayns: Burada hər dövrə macəra ilə doludur
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Mayami Qran Prisinin sıralanma turunda hər dövrə yeni bir macəradır və buna görə də sıralanma turu çətin keçib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü sprint yarışında Daniel Rikkardonu keçə bilməyib və 5-ci yerlə razılaşıb. Lakin o, sıralanma turunda daha yaxşı performans göstərərək, Ferstappen və Leklerdən sonra üçüncü ola bilib.

Karlos Sayns: “Sprint yarışı bir az pis oldu. Danieli keçə bilmədim, amma orada tempimin olduğunu bilirdim. Bilirdim ki, təmiz dövrə vursam, üçlüyə düşəcəm. Sıralanma turunda təmiz dövrə vura bildim.

Yeni soft təkərlərlə burada sürmək doğrudan da çətindir. Hər dövrə bir macəra ilə üzləşirik. Küləyə görə nə olacağını bilmirsiniz. Bütün bunlar nəzərə alınanda dövrələr pis deyildi. Həmişə dövrəni bitirəndə daha sürətli gedə biləcəyinizi düşünürsünüz, amma burada mükəmməl və təmiz dövrə vurmaq demək olar ki, mümkünsüzdür.

Problem bilrisiniz nədir? Son sessiyada bir dövrə vurursunuz və düşünürsünüz ki, təzə dəst təkərlərlə daha yaxşı dövrə ata bilərəm. Ancaq trasa çıxıb limitdə sürəndə təkərlər çox qızır və kiçik sürüşmə ilə hər şey bitir. Təkərlərin limitlərini tapmaq çox çətindir. Tapanda da çox qızırlar”.

Bunları da oxuyun

Şərh əlavə et