Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: McLaren poula layiq idi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Mayamidə sprint sıralanma turunda poulu McLaren almalı idi. 

Kokpit.az xatırladır ki, McLaren komandasında Lando Norris sprint sıralanma turunun ilk iki sessiyasında 1-ci yeri tutsa da, son sessiyada Maks Ferstappen elə də mükəmməl olmayan dövrə ilə poul qazanıb. Serxio Peres isə üçüncü yeri tutub.

Serxio Peres: “Çətin sessiya idi. Son sessiyada Soft təkərlərlə bir cəhdim var idi. Tras şəraiti dəyişdiyi üçün sürətlənmə problemi yaşandı və boliddən faydalana bilmədim. Bütün bunlar nəzərə alınanda bəxtə güvənməli idik. Sadəcə bir sərbəst yürüşdən sonra sıralanma turuna qatılmaq asan deyil, amma hamı eyni şərtlərdə yarışır. Nəticədə Maks yaxşı iş gördü.
McLaren bu trasda ən sürətli maşına sahib idi. Məncə, poul qazanmalı idilər, amma onlar da Soft təkərləri qızdırmaqda çətinlik çəkdilər.

 

Görüləvək işlərimiz var. Şənbə günü daha yaxşı olmağımıza ümid edirəm. Məqsədimiz sprint yarışında bacardığımız qədər çox xal toplamaq və daha sonra sıralanma turuna fokuslanmaqdır. Startda Şarlı keçməyə açlışacağıq. Düşünürəm ki, doğru yöndə gedirik. Ümid edirəm ki, yarış tempimiz yüksək olar”.

Rauf Hacıyev

Şərh əlavə et