M.Ferstappen: Poula inanmırdım

M.Ferstappen: Poula inanmırdım
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mayami Qran Prisinin sprint sıralanma turunda poul qazanan Maks Ferstappen bildirib ki, yaxşı dövrə vurmayıb və buna görə poul qazandığı üçün təəccüblüdür.

Kokpit.az xatırladır ki, sürücülər ilk iki sessiyada Medium təkərlərlə trasa çıxıblar və Lando Norris bu sessiyalarda zirvədə yer alıb. Lakin həlledici sayılan son sessiyada işlər dəyişib. Burada Soft təkərlərə keçən sürücülər 8 dəqiqəlik sessiyanın son 3 dəqiqəsində trasa çıxıblar. Çempionatın lideri son cəhdində səhvlər etsə də, poul qazanıb.

Maks Ferstappen pitə qayıdarkən komanda radiosundan gülərək belə deyib: “Digərlərinə nə oldu? Dövrəm bərbad idi və bunu qəbul edirəm”.

 

Üçqat Dünya Çempionu sessiyadan sonra belə açıqlama verib: “Doğrudan da özümü pis hiss etdim. Bəlkə də son sessiyada təkərlərin işləməsini təmin etmək çox çətin idi. Onsuz da ikinci sessiyada özümü yaxşı hiss etmirdim. Son sessiya da mənim üçün oxşar idi. Soft təkərlərlə özümü təkmilləşdirə bilmədim. Necə oldusa, birinci yeri tutdum. Bunu məmnuniyyətlə qəbul edirəm.

Amma burada sürməkdən həzz almadım, çünki sərbəst yürüşlərdə özümü yaxşı hiss edirdim. Çox rahat idim və özümə güvənirdim. Sıralanma turunda isə özümü çox da yaxşı hiss etmədim. Bəlkə də trasın quruluşundan qaynaqlanır. Sərbəst yürüşlərdə poul üçün mübarizə aparacağıma əmin idim, amma sıralanma turunda vəziyyət elə görünmürdü. Lakin birinci ola bildik. Son dövrədə rəqiblərimə nə oldu bilmirəm”.

Bunları da oxuyun

Şərh əlavə et