Kokpit.az xatırladır ki, britaniyalı sürücü gələn il Ferrari komandasına keçəcək. Digər tərəfdən isə gələn ilin ilk rübündə Ədrian Nyui Red Bull komandasından ayrılacaq. Red Bull komandasının qazandığı 13 titulda vacib rol oynayan Ədrian Nyuinin adı həm Ferrari, həm də Aston Martin ilə hallanır. Üstəlik britaniyalı mühəndis daha əvvəl bildirib ki, Ferrari-də işləmədiyi üçün məyusdur.
Lyuis Həmilton: “Nyui ilə işləməyi çox istəyərəm. Onunla işləmək ayrıcalıqdır. Adrianın yarışlarda gözəl keçmişi və uğurları var. O, sahib olduğu təcrübə ilə fərq yarada bilər. Bir yerdə işləmək istədiyim insanların siyahısını hazırlasam, o ən başda olar.
2007-ci ildə McLaren-ə gələndə onun təkmilləşdirməyə başladığı və daha sonra inkişaf etmiş maşını sürürdüm və Nyuinin üzərində işlədiyi maşına toxunduğum üçün qürur duyurdum.
Son illərdə onun düzəltdiyi maşınlar bizim əsas rəqiblərimiz oldu, ancaq bir komandada çox adam işləyir və bu komanda işidir. Hazırda hər şeyə tək başına qərar verən bir işçi yoxdur, ancaq o komandaya əla təcrübə gətirə bilər. Hazırda birlikdə işlədiyi insanlar əla maşınlar düzəltməyə davam edəcəklər, ancaq onunla işləyəcək istənilən komanda çox bəxtəvər olacaq”.
Qeyd edək ki, Ferrari komandasının rəhbəri Frederik Vassyör artıq Londona gedərək Ədrian Nyui ilə görüşüb və danışıqlar aparıb. Lakin danışıqların hansı mərhələdə olduğu barədə iki tərəf də məlumat verməyib.
Şərh əlavə et