Kokpit.az xatırladır ki, Visa Cashapp RB komandası mövsümə qənaətbəxş nəticələrlə başlayıb və iki yarışdan xalla ayrılıb. Onlar hazırda ilk 5 komandadan sonra 6-cı yerdə qərarlaşıblar. Bu isə orta qrupun lideri olmaq deməkdir. Lakin italyan komandasının Haas kimi rəqibi var və mübarizə üçün inkişaf etmək lazımdır. RB komandasının hazırda 7 xalı var. Əslində onlar Çində də xal almağa yaxın olsalar da, hər iki maşının mübarizəni dayandırması planları alt-üst edib. Orta qrup arasında fərq az olduğu üçün RB komandası sprint həftəsonu olan Mayamiyə belə yeniliklərlə gələcək.
RB Komandasının rəhbəri Loren Mekis: “Mayamiyə bu mübarizənin zirvəsində qalmaq üçün yeniliklər gətirəcəyik. Amma bu qrupda heç nə təmin olunmayıb. Əminəm ki, rəqiblərimiz də yeniliklər gətirəcəklər. Arxadakı 5 komanda arasında ən sürətli maşına sahib olduğumuza əmin deyilik. Amma bu hamı üçün əla mübarizədir. Komandanın kəskin həftəsonu keçirməsi üçün mükəmməl məşq və güclü yarışa ehtiyacı var”.
Şərh əlavə et