Kokpit.az xatırladır ki, meksikalı sürücü Çindəki sprint yarışının əksər hissəsində Saynsla Alonsonun arxasında gedib. Lakin yarışın sonlarında Karlos Saynsla Fernando Alonsonun mübarizəsindən istifadə edən Peres onların hər ikisini də geridə qoyub və sprint yarışında üçüncü olub.
Serxio Peres: “Karlos və Fernandonu keçmək mənim üçün çox çətin idi. Mübarizə aparırdıq və bir-birimizi yaxından izləyirdik. Vəziyyət belə olanda hamımızın təkəri yeyildi. Mən isə 14-cü döngədə Şarl Leklerin hücumlarına qarşı müdafiə olumalı idim. Yerimi qoruya bilim və daha sonra gördüm ki, Fernando ilə Karlos bir-birlərilə yaxın mübarizə aparırlar. Daha sonra onları keçmək şansım oldu və bunu etdim. Daha sonra yarışı Lyuis Həmiltonun düz arxasında bitirdim”.
Şərh əlavə et