Ferstappen sprint yarışında da heç kimə imkan verməyib

Ferstappen sprint yarışında da heç kimə imkan verməyib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Uzun fasilədən sonra təqvimə qayıdan Şanxay trasında birbaşa sprint formatlı həftəsonu təyin etmək çox maraqlı qərar idi, bir tərəfdən də maraq doğururdu - çünki Şanxay trası ötmələrə imkan verir və adətən sönük keçən sprint yarışları da bu baxımdan gərgin keçə bilər.

Kokpit.az xatırladır ki, buradakı yeganə məşqlərdə Ləns Stroll hamını üstələyib. Yağışlı havada keçən sprint sıralanma turunda isə Lando Norris poulun sahibi olub. Növbəti iki yerdə Lyuis Həmilton və Fernando Alonso qərarlaşıblar.

Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Startda Rassell yumşaq, qalanlar isə orta təkərləri seçiblər. Yarışa ilk cərgədən Norris və Həmilton, ikinci cərgədən Alonso və Ferstappen, üçüncü cərgədən isə Sayns və Peres başlayıblar.

Startda Həmilton həmyerlisini qabaqlayaraq yarışa başçılıq edib, trasdan kənara çıxan Lando isə yeddinci yerə qədər geriləyib. Maqnussen iki mövqe qazanıb. Hülkenberq Strollu qabaqlayaraq altıncı döngədə onu trasdan çıxmağa məcbur edib. Stüardlar məsələni araşdırıblar və heç kimi cərimələməyiblər. 2-ci dövrədə ilk onluq: Həmilton – Alonso – Ferstappen – Sayns – Peres – Lekler – Norris – Piastri – Çjou – Maqnussen.

Rassell 4-cü dövrədə Maqnusseni keçib. Danimarkalı sürücünün arxasında qatar əmələ gəlib. Ferstappen uzun müddət Alonsoya təzyiq göstərib və nəhayət, yeddinci dövrədə onu keçərək ikinci yerə yüksəlib. Bir qədər sonra Lyuis 14-cü döngədə təkərləri bloklayaraq Maksın yaxınlaşmasına səbəb olub. Son dünya çempionu 10-cu dövrədə onu üstələyərək dərhal uzaqlaşıb.

Rassell Çjounu da məğlub edərək daha bir pillə yüksəlib. Bu dəfə də tempi düşən Alonsonun arxasında bir neçə sürücü toplaşıb. Sayns onu keçməyə bir neçə dəfə cəhd edib. 17-ci dövrədə onların arasında yaşanan təmas Fernandonun təkərinin deşilməsinə səbəb olub və təcrübəli sürücü boksa gələrək yarışı dayandırıb.

Son dəqiqələrdə Ferrari sürücüləri arasında gərgin mübarizə olub. Onlar hətta təkər-təkərə təmas da yaşayıblar və nəticədə Lekler önə keçməyi bacarıb.

Maks Ferstappen mövsümün ilk sprint yarışının qalibi olub. Bu, Maksın karyerasında 8-ci sprint zəfəridir və niderlandlı gənc pilot bu baxımdan da rekordçudur. Lyuis Həmilton yarışı başladığı ikinci yerdə tamamlayıb. Serxio Peres isə ilk üçlüyü bağlayıb.

Çində artıq iki maraqlı sessiyaya şahid olmuşuq. Növbədə isə əsas yarışın sıralanma turu var.

Bunları da oxuyun

Şərh əlavə et