Şanxayda ilk sıralanmada poul Norrisin olub

Şanxayda ilk sıralanmada poul Norrisin olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Beş ildən sonra təqvimə qayıdan, yeni nəsil maşınların hələ yarışmadığı Şanxay trasında sprint həftəsonu ilə əlaqədar cəmi bir sərbəst yürüş olub.

Kokpit.az xatırladır ki, həmin yeganə məşq sessiyasında Ləns Stroll protokollara başçılıq edib. Asfaltın çox sürüşkən olmasına görə sürücülər şikayətləniblər. Peres maşının altlığını zədələyib, lakin komanda onu yenisi ilə əvəz edə bilib.

Pirelli bura C2, C3 və C4 tərkiblərini gətirib. Təsnifatın ilk iki mərhələsində bütün sürücülər Medium, son mərhələdə isə Soft təkərlərdən istifadə ediblər.

İlk sessiyada bir az yağış yağsa da, dərhal dayanıb. Sürücülər trasa tələsiblər və sıxlıq yaranıb. 1:36.110-luq nəticə göstərən Peres ən sürətli sürücü olarkən, Sarcent, Tsunoda, Elbon, Okon və Qasli mübarizəni dayandıran ilk beşlik olublar.

İkinci sessiyada məşqlərdə olduğu kimi, lakin bu dəfə beşinci döngə yaxınlığında otda alışma olduğu bildirilib. Buna səbəb kimi maşınların altından çıxan qığılcım göstərilib. Start bir neçə dəqiqə gecikib. Radarlar yağışın yaxınlaşdığını göstəriblər. Hamının trasa tələsməsi yenə də sıxlığa səbəb olub. Norris sürətli dövrəyə hamıdan tez başlayıb. Ferstappen ən sürətli olub, Stroll, Rikkardo, Hülkenberq, Maqnussen və Rassell ilk onluğa düşə bilməyiblər.

Son sessiyada tras nəm olub və sürücülər keçid təkərlərlə trasa çıxıblar. Tras çox sürüşkən olduğundan, sürücülərin çoxu trasdan çıxıb. Mübarizə çox gərgin olub və birinci yerdəki sürücü adı tez-tez dəyişib. Norris zirvəyə yüksəlsə də, nəticəsi ləğv edilib. Lakin təkrar baxışdan sonra nəticəsi bərpa edilib.

Lando Norris karyerasında ikinci dəfə sprint təsnifatında poulun sahibi olub. Sabah o, ilk cərgəni Lyuis Həmiltonla bölüşəcək. İkinci cərgədən Fernando Alonso və Maks Ferstappen, üçüncü cərgədən isə Karlos Sayns və Serxio Peres start alacaqlar.

Sabah bizi olduqca maraqlı mübarizə gözləyir. Havanın necə olacağı, Norrisin liderliyini sona qədər qoruya bilib-bilməyəcəyi, Ferstappenin neçənci dövrədə liderliyə yüksələcəyi ən maraqlı suallardandır. İstənilən halda, hava şəraiti həlledici olacaq. Bütün suallara cavab sabah Bakı vaxtı ilə 07:00-da başlayacaq mübarizədə tapılacaq…

Bunları da oxuyun

Şərh əlavə et