Kokpit.az xatırladır ki, Ədrian Nyui karyerasına 1980-ci illərin əvvəlində başlayıb və indiyə kimi 13 dəfə Mühəndislər Kubokunda qalib olmuş maşınların konstruktorluğunu edib. O, Formula 1 tarixinin ən yaxşı konstruktorlarından biri sayılır və Red Bull-la 6 dəfə Mühəndislər kuboku qazanıb.
Keçən həftə Aston Martin-in Ədrian Nyuiyə böyükməbləğli təklif göndərdiyi dedi-qodusu çıxsa da, “Yaşıllar”ın rəhbəri Mayk Krak bunu təkzib edib.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bu dedi-qodular barədə belə danışıb: “Bu sualı Nyuiyə verin. Ona çox tələb var və hamı onu komandasında görmək istəyir. Əminəm ki, bu ilk təklif deyil və sonuncu da olmayacaq.
Nyuini itirmək bizim üçün ciddi problem olar, çünki bu halda o başqa komandaya keçəcək. Belə olanda da həm məlumatlarından, həm də təcrübəsindən başqa komanda faydalanacaq. O, kült fiqurdur və gənc mühəndislər üçün çox vacibdir. Onlar Nyui ilə işləmək üçün komandaya gəlirlər. Doğrudan da Ədrianın komandada olması böyük qazancdır”.
Şərh əlavə et