Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: İşlərimizin bəhrəsini alırıq

McLaren komandasının sürücüsü Lando Norris Yaponiyadakı sıralanma turunda üçüncü olduğu üçün sevinclidir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda əla iş görərək, üçüncü olub.

Lando Norris sessiyadan sonra bunları deyib: “Həyəcanlı sessiya idi. Bu gün maşınımız yaxşı idi və son cəhdimdə yaxşı dövrə vuraraq, üçüncü ola bildik. Bəzi dövrələri yaxşı atdım. Xüsusən də son sessiya əla keçdi. Bu gündən çox razıyam. McLaren olaraq yarış bizim üçün yaxşı keçir. Keçən il də burada əla yarışmışdıq. Keçən həftəsonu Melburnda da yaxşı nəticə əldə etmişdik. İşlərin belə olması əladır.

Maşınımız bütün həftəsonu ərzində yaxşı idi. İrəliyə doğru yaxşı addımlar atmışıq. Red Bull-a açatmaöa çalışırıq. Onlar əla iş görürlər. Onlara halaldır.

Biz də çox işləyirik. Bu işimizin qarşılığını da yavaş-yavaş alırıq. Var qüvvəmizlə işləməyə davam edəcəyik. Bu gün yaxşı işlədik, amma hər şey sabah məlum olacaq.

 

Rauf Hacıyev

Şərh əlavə et