Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Ferrari bizi narahat edir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Ferrari-nin tempi təəccüblüdür.

Kokpit.az xatırladır ki, Red Bull komandasının sürücüləri birinci sərbəst yürüşlərdə ilk iki yeri tutsalar da, Ferrari-nin yarış tempi diqqət mərkəzinə düşüb.

Helmut Marko: “İndiyə kimi hər şey yaxşə gedir. Bir neçə yenilik gətirdik və hazırda çox razıyıq.

Leklerin yarış tempi bizi bir az narahat etdi. Narahat etdi düzgün ifadə olmasa da, doğrudan da sürətli idi. Görək maşınında nə qədər yanacaq var idi. Bunu saymasaq, hər şeydən razıyıq.

Bura üçün sadəcə bir yeniliyimiz var və Yaponiya üçün planlaşdırılmışdı. Buna görə də ilk sessiyadan razıyıq. Burada bir böyük yeniliyimiz var və ab-havadan çox razıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et