Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Ən yaxşı sessiya idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bu il ən yaxşı sessiyalarını geridə qoyublar.

Kokpit.az xatırladır ki, ilk 3 yarışdan istədiyi nəticələri ala bilməyən Lyuis Həmilton cümə günü ilk sərbəst yürüşlərdə sürətli görünüb.

Lyuis Həmilton: “İlk sessiya bizim üçün əla keçdi. Doğrudan da çox yaxşı idi. Builki ən yaxşı sessiyamız idi və ilk dəfə maşında bu qədər rahat hiss etdim. İndiyə kimi hər şey müsbətdir.

Həyəcanlandım, çünki bu trasda hər sürürü sürmək istəyir. Son illərdə bolidlərimiz çox balanssız idi və burada sürmək çətim idi. Son yarışlardakı çətinlikləri nəzərə alsaq, keçən həftə yaxşı iş gördük və hazırda yaxşı nöqtədəyik. Bu həftəsonu üçün daha yaxşı vəziyyətdəyik. Ümid edirəm ki, daha yaxşısını edərik.

Bilmirik. Məncə, başlanğıc üçün hər şey yaxşıdır. Təməlimiz yaxşıdır. Çox dəyişiklik edib hər şeyi korlamasaq, yerimizi qoruya bilərik.

İkinci sessiyada sürməmək pis oldu. Təkər reqlamentini dəyişdikləri üçün heç kim keçid təkərlərində sürmür. Bu da məntiqli deyil. Lakin əlimizdən heç nə gəlmir”.

Rauf Hacıyev

Şərh əlavə et